Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL

      Neft bahalaşır:    Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir –    TƏHLİL
  14 Oktyabr 2021    Oxunub:5487
Azərbaycan markalı “Azeri Light” neftinin 1 barrelinin qiyməti 85 ABŞ dollarını keçib. Dövlət gəlirlərimizin artması baxımından bu, olduqca əlverişli vəziyyətdir. Başqa sözlə desəm, 200 faizdən çox qazanc deməkdir. Xatırladım ki, neftin qiyməti ölkəmizin maliyyə üzrə əsas dövlət sənədində bu il üçün 40 dollar, 2022-ci il üçün isə 45 dollar səviyyəsində götürülüb.
Avropada qazın qiymətinin yüksələn xətt üzrə inkişaf etməsi dünyada xam neft və neft məhsullarına tələbatı artırmalı idi və artırır da. Ümumiyyətlə, Avropada qazın qiymətinin getdikcə qalxması bütün dünya üçün enerji böhranı vəd edirdi. Hələ bir müddət öncə, Çində yanacaq məhsullarına tələbatın artdığı müşahidə edilirdi ki, bu da xam neftə tələbi genişləndirirdi.

Avropada mavi yanacağın qiyməti il başlanandan bəri 6 dəfədən çox bahalaşıb. Mövcud vəziyyət qaz müqavilələri üzrə təkliflərin məhdud sayı və soyuqlar yetişsə də, anbarlarda ehtiyatların az olması ilə izah edilir. Odur ki, vəziyyətin getdikcə daha çox mürəkkəbləşəcəyi gözlənilir. Yunanıstan, İspaniya, Fransa, Ruminıya və Çexiya kimi ölkələr qitədə bu sahə üzrə bazarda artıq vahid qayda-qanun mexanizmlərinin yaradılmasının vacibliyi haqda çıxış edirlər.


Azərbaycan həm də qaz ixracçısıdır. Prezident İlham Əliyev demişkən, 15 ildir heç bir fasiləyə yol vermədən, stabil şəkildə Avropaya neft ixrac edirik - keçən ilin dekabrın 1-dən isə həm də təbii qaz... Ancaq, qazın qiymətinin real olaraq nümayiş etdirdiyi rekord artım səviyyəsi neftdən fərqli olaraq, bizə əlavə gəlir gətirmir. Çünki biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq.

Belə ki, qaz satışında fəaliyyət qaydasına əsasən, əvvəl məhsulu satmalı, sonra hasil etməlisən. Ona görə də dövlət başçımız bu yaxında İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bəyan etdi ki, əgər Avropa istehlakçıları üçün əlavə tələbata ehtiyac yaranarsa, ölkəmizlə danışıqlara başlanmalıdır.

Qazın və xam neftin bazar qiymətlərinin bu cür yüksəlməsi bütün məhsulları bahalaşdırır. ABŞ valyutasının özü də bütün bunlarla yanaşı, istər-istəməz möhkəmlənir. Nəticədə Amerika iqtisadiyyatı üçün yaxında yeni problemlərin ortaya çıxacağı görünür.

Sözün qısası, real vəziyyət ilk baxışda ölkəmiz üçün əlverişli hesab olunsa da, qarşıdakı müddətdə əslində heç də yaxşı nəsə vəd etmir... Səbəbini izah edim.


Müəllifin əvvəlki yazıları:
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Bəli, ölkəyə xarici valyuta axınının genişlənməsi manatın dəyərini gücləndirməklə daxildə maliyyə sabitliyinin qorunmasını təmin edir, makroiqtisadi dayanıqlığı möhkəmləndirir və iqtisadiyyatımızın təhlükəsizliyi baxımından münbit şərait yaradır. Ancaq yaxın və orta perespektiv baxımından yaxşı nəticələr vəd etmir. O səbəbdən ki, xarici valyuta gəlirləri ixracda məhdud çeşiddə məhsul qrupundan əldə olunursa, digər sektorlarda inkişaf ləngiyir. Manatın dəyərinin artması, daxildə maliyyə sabitliyinin qorunması, makroiqtisadi dayanıqlığının möhkəmlənməsi və iqtisadi təhlükəsizliyimiz üçün əlverişli mühitin yaranması kimi amillər əslində kövrək xarakter daşıyr.

Bunu 2015-2016-cı illərin təcrübəsi də əyani şəkildə göstərib. 2014-cü ilin dekabr ayınadək təkcə Mərkəzi Bankın 15 milyard ABŞ dollarından çox rəsmi valyuta ehtiyatı var idi ki, neftin qiymətinin kəskin düşməsi nəticəsində 1 il ərzində 11 milyard dollardan çox vəsait xərcləndi. Özü də yalnız bir məqsəd - daxili valyuta bazarında manatın dəyərini qoruyub saxlamaq üçün...

Odur ki, neftin qiymətlərinin real artım səviyyəsi son illər ərzində qeyri-neft sektorunda əldə olunan nəticələrə xələl gətirməməlidir. Bu nəticələr məhz 2015-2016-cı illərdəki böhran təcrübəsindən sonra həyata keçirilən islahatların hesabına qazanılıb. Ölkədən qeyri-neft sektoru məhsullarının ixracı artır: cari ilin ilk 8 ayında 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da, keçən ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Qeyd olunan tendensiya qeyri-neft sektorunun genişlənməsində əsas faktor olmaqla onun inkişafını sürətləndirir.


Neftin bahalaşması daxili bazarı idxal məhsullarından asılı olmağa sövq etdiyindən, yerli istehsalı buxova alır. Ümumiyyətlə, biristiqamətli valyuta gəlirləri ən çox istehlak olunan tələbat malları üzrə həmişə məhz idxalı stimullaşdırır. Təkrar edirəm, 2015-2016-cı illərdəki böhran zamanı aydın oldu ki, qeyri-neft sektorunun inkişafında gecikmişik. Ona görə də dərhal müvafiq tədbirlər görülməyə və addımlar atılmağa başlandı ki, nəticədə, iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvə olan neft-qaz sektoru yerini qeyri neft-qaz sektoruna verməyə başladı.

Yeri gəlmişkən, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti ən aşağı - 15,81 dollar səviyyəsində 2020-ci ilin aprel ayında olub. 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb. İndiki 85 dollar qeyri-neft sektorunun aparıcı qüvvəyə çevrilməsi qarşısında heç bir şəkildə "şlaqbauma" çevrilməməlidir. Onsuz da proses hələ yeni start götürüb.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Neft  





Xəbər lenti