İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL

   İqtisadi artımın davamlı olması üçün nə lazımdır –    TƏHLİL
  17 Dekabr 2021    Oxunub:3093
Ölkə iqtisadiyyatı 2020-ci ildə pandemiyanın səbəb olduğu enişdən artıq çıxıb. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da iqtisadiyyatımızın güclü sürət götürməsi deməkdir.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çox ÜDM istehsal edilmişdi ki, ilin sonuna bu rəqəmin 5 faizi aşacağı aydın görünürdü. Bir daha xatırladıram ki, keçən ili 4,3 faiz enişlə başa vurmuşduq. Halbuki, 2019-cu ilin yekununa görə, 2,2 faiz artım qeydə alınmışdı. Ümumiyyətlə, keçən il yaxşı qurtardıq: pandemiya ilə əlaqədar ÜDM istehsalı həcmi 4,3 faizdən də çox eniş edə bilərdi. Lakin hökumətin vaxtında gördüyü tədbirlər və atdığı addımlar nəticəsində pandemiya şəraitinin həm daxildən, həm də xaricdən yaratdığı təzyiq və təsirlər müqavimətlə qarşılaşdığından, Azərbaycan kəskin maliyyə itkilərinə məruz qalmayaraq, borc istəyən ölkələr sırasına düşmədi.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, 2021-ci ilin yekununda ÜDM istehsalının dəyəri 50 milyard ABŞ dollarını keçəcək. Çünki cari ilin ötən 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3 təşkil etməklə, qeyri-neft sektorunda bu rəqəm 6,4 faiz olub.
Dinamikaya rəvac verən məhz qeyri neft-qaz sektorunun inkişafıdır. Ümumiyyətlə, son illər ərzində bu sahədə müsbət tendensiya və qeyri neft-qaz sektoru üzrə ixracın artmaqda olması ümumi iqtisadi inkişafa və artıma çox böyük təkan verir. Nazirin sözləri ilə qeyd etsəm, qeyri-neft məhsullarının ixracındakı artıma gəldikdə, hesabat dövründə bu rəqəm 44 faiz təşkil etdiyindən ilin sonuna qədər bu dinamikanın qalacağı gözlənilir.

Əsas məsələ ondadır ki, iqtisadi inkişafda dayanıqlıq əldə etmək lazımdır. Belə ki, birdən-birə 4,3 faiz iqtisadi tənəzzüllə üzləşən ölkədə növbəti il ərzində 5 faizdən çox yüksəliş əslində, ciddi və ətraflı təhlil tələb edir. Çünki burada söhbət əslində böyük və kəskin dalğalanmadan gedir. Ortada möhkəm dayanıqlıq olmasa bu cür dalğalanmalardan ciddi fəsadlar törəyə bilər. Ən azı sosial aspektdən...


Müəllifin əvvəlki yazıları:

Gələn ilin büdcəsi: Rekordlar təzələnir – TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

Ölkəmiz xarici iqtisadi təsirlərdən və şok halların yaratdığı təzyiqlərdən tezliklə yaxa qutarmalıdır. Bunun üçünsə iqtisadiyyatda stimullaşdırıcı siyasət daha geniş şəkildə davam etdirilməli, bütün növ inhisarçı amillər aradan götürülməli, geniş rəqabət mühiti yaranmalıdır. Keçən il pandemiya ilə əlaqədar fəaliyyətləri məhdudlaşdırılan və basqı altına alınan iqtisadiyyatın əsas generasiya vasitələri və ümumən təklifi formalaşdıran əsas istehsal sahələri də gələn il tam şəkildə əvvəlki vəziyyətlərinə qayıdacaq, ümumi iqtisadi dövriyyədə pandemiyaya qədərki güclərini bərpa edəcəklər. Nəticədə həm kənarda, həm də daxildə cari ilin əvvəlindən bəridir ardıcıl müşahidə edilən qiymət artımı prosesi də səngiyəcək. Və bu da iqtisadi artıma bir az da əlavə güc qatmaqla, davam etdirəcək.

Ümumiyyətlə, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən 2022-ci ildə ölkədə real ÜDM 3,9 artaraq artaraq 86,6 milyard manata çatacaq ki, bu zaman, gələn il qeyri-neft ÜDM üzrə 4,9 faiz, neft üzrəsə 1,8 faiz artım olacaq.

Qeyd edim ki, bütün bunlar neft qiymətlərinin 50 ABŞ dolları/barel səviyyəsi nəzərdə tutularaq proqnozlaşdırılmışdı. Elə ən böyük mənfi nüans da məhz bundan ibarətdir. Yuxarıda qeyd etdim ki, birdən-birə 4,3 faiz iqtisadi tənəzzül əldə edən ölkədə növbəti il ərzində 5 faizdən çox yüksəliş əslində, ciddi və ətraflı təhlil tələb edir. Çünki bu, əslində böyük və kəskin dalğalanma olduğundan, ciddi risk xarakteri daşıyır.

Odur ki, yeni ildən əmək müqaviləsi ilə çalışanların əksəriyyətinin əmək haqqlarının artırılacağını, ümumən, 2 milyondan çox insanı əhatə edəcək pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacağını nəzərə alaraq, iqtisadiyyatda şəffaflıq genişlənməli, kölgə iqtisadiyyatına qarşı mübarizə gücləndirilməklə, açıq rəqabət mühiti yaratmaqla dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlər, o cümlədən, qeyri-neft sektorundan vergilər artıqlaması ilə təmin edilməli və iqtisadi yüksəlişin dayanıqlı xüsusiyyət kəsb etməsinə nail olunmalıdır.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL



Teqlər: İqtisadiyyat  





Xəbər lenti