Türkiyədə son sutkada 137 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 137 nəfər koronavirusdan ölüb
  11 Yanvar 2022    Oxunub:815
Türkiyədə son sutkada 430 min 253 nəfərdən COVID-19 test nümunəsi götürülüb. Onlardan 74 min 266 nəfərinin nəticəsi pozitiv olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində məlumat paylaşıb.

Nazir son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər öldüyünü qeyd edib. Eyni zam anda 39 min 226 nəfər bu xəstəlikdən sağalıb.

AzVision.az



Teqlər: Koronavirus  





Xəbər lenti