İsrail “Soxnut”la bağlı Rusiyaya xəbərdarlıq etdi
Baş nazir Lapid mümkün bağlanmanın Rusiya-İsrail münasibətlərinə ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. İsrailin Moskvadakı keçmiş səfiri Zvi Magen də ölkə hakimiyyətinin Qərbin sanksiyalarına qoşulmaq da daxil olmaqla Rusiyaya təzyiq göstərməyinin bir neçə yolunu bildiyini deyib.
Qeyd edək ki, 1929-cu ildə yaradılan “İsrail Yəhudi Agentliyi” beynəlxalq təşkilatı bütün dünyada yəhudilər arasında əlaqələri təmin edir, həmçinin repatriasiya məsələləri ilə məşğuldur. “Soxnut”un nümayəndəliyi Rusiya Federasiyası ərazisində 1989-cu ildən fəaliyyət göstərir.
AzVision.az
Teqlər: