Luçesku türk azarkeşlərin Putin şüarını tənqid etdi

   Luçesku türk azarkeşlərin Putin şüarını tənqid etdi
  28 İyul 2022    Oxunub:1339
Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku "Fənərbağça" ilə oyundan sonra yaranan qalmaqala münasibət bildirib. AzVision.az xəbər verir ki, o, "Fanatik"ə açıqlamasında Türkiyə klubunun azarkeşlərinin Rusiya prezidenti Vladimir Putinin adını çağırmasını gözləmədiyini deyib.
- Hər şey planımıza uyğun getdi, plan işlədi, qalib gəldik. Amma biz azarkeşləri nəzərə almadıq, bu cür çağırışlar gözləmirdim. Çox təəssüf, - Luçesku türk azarkeşlərin şüarlarından gileylənib.

Xatırladaq ki, dünən İstanbulda keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Dinamo” “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib. Matçın 57-ci dəqiqəsində kiyevlilər azarkeşlərə qarşı təxribatçı jest edən Vitali Buyalskinin qolu sayəsində hesabda önə keçiblər. Buna cavab olaraq tribunalarda “La-la-la-la-la, Vladimir Putin!” şüarları eşidilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti