"Rusiyanın itkiləri “qırmızı xətti” keçdi" - Ukrayna Ordusu

   "Rusiyanın itkiləri “qırmızı xətti” keçdi" -    Ukrayna Ordusu
  01 Avqust 2022    Oxunub:762
Rusiya işğalçılarının Ukraynadakı itkiləri yeni qırmızı xətti keçib və hazırda bu statistika 41 mindən çoxdur. Ölkəmizdə gündə 200-ə yaxın düşmən əsgəri məhv edilir. AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
"Fevralın 24-dən avqustun 1-dək düşmənin ümumi döyüş itkiləri təqribən 41030-a (200+)yaxın olub. Bundan başqa 1768 tank (+5), 4011 (+7) zirehli döyüş texnikası, 932 ( +16) artilleriya sistemləri, 117 hava hücumundan müdafiə sistemləri, 223 təyyarə, 190 helikopter, 736 (+1) PUA, 174 qanadlı raket, 15 gəmi və ya qayıq, 2912 (+10) nəqliyyat vasitələri və tanker, 82 (+2) xüsusi texnika da məhv edilib” - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti