İsrailə məxsus təyyarə Bakıda təcili eniş etdi

   İsrailə məxsus təyyarə Bakıda təcili eniş etdi
  01 Avqust 2022    Oxunub:1339
Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
AzVision.az xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakıda, hava limanına enib.

Bildirilib ki, sərnişin uçuş zamanı vəfat edib.

AzVision.az



Teqlər:





Xəbər lenti