Türkiyə Rusiyadan amfibiya təyyarələri almaq istəyir

   Türkiyə Rusiyadan amfibiya təyyarələri almaq istəyir
  04 Avqust 2022    Oxunub:829
Türkiyə yanğınların söndürülməsində istifadə üçün Ankaraya amfibiya təyyarələrinin tədarükü ilə bağlı Rusiya ilə danışıqların müsbət nəticəsinə ümid edir.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi jurnalistlərə açıqlamasında deyib.

“Sabah Türkiyə və Rusiya prezidentləri (Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin) arasında Soçidə danışıqlar keçiriləcək və bu danışıqlarda meşə yanğınlarının söndürülməsində istifadə oluna biləcək amfibiya təyyarələri məsələsinin müzakirə ediləcəyi gözlənilir. Biz müsbət nəticə ələ olunacağına ümid edirik”, - deyə nazir bildirib.

Amfibiya təyyarələrinin tədarükü məsələsi iyulun 19-da Tehranda Türkiyə və Rusiya liderlərinin görüşündə də müzakirə olunub.


AzVision.az



Teqlər:





Xəbər lenti