Hindistan iyulda Rusiyadan kömür idxalını 10% artırıb

Hindistan iyulda Rusiyadan kömür idxalını 10% artırıb
  04 Avqust 2022    Oxunub:766
Hindistan iyul ayında Rusiyadan kokslaşan və termik kömürün alışını əvvəlki ayla müqayisədə 10% artıraraq 2,02 milyon tona çatdırıb.
Bu barədə "The Economic Times" CoalMint analitik şirkətinə istinadən məlumat yayıb.
Hindistanın Rusiyadan termal kömür alışı iyulda iyun ayı ilə müqayisədə 55%, 2020-ci ilin eyni ayına görə isə 500% artıb.

Beləliklə, Rusiya Hindistana ən böyük kömür tədarükçüləri siyahısında ABŞ və Çini geridə qoyaraq iyul ayında İndoneziya və Cənubi Afrikadan sonra üçüncü yeri tutub. Bundan əvvəl Rusiya bu siyahıda altıncı yerdə idi.


AzVision.az


Teqlər:





Xəbər lenti