Mask "Twitter"i almaq üçün şərtini açıqlayıb

   Mask "Twitter"i almaq üçün şərtini açıqlayıb
  06 Avqust 2022    Oxunub:445
Amerikalı iş adamı, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "Twitter" sosial şəbəkəsini satın almaq üçün şərtini açıqlayıb.
AzVision.az xəbər verir ki, Mask "Twitter"in sosial şəbəkədəki istifadəçilərinin hesablarının həqiqiliyinin necə təsdiq olunduğunu göstərəcəyi təqdirdə, satınalma ilə bağlı danışıqlar bərpa oluna biləcəyini qeyd edib.

İ.Mask bildirib ki, bu halda danışıqlar əvvəlki şərtlər daxilində bərpa olunacaq.

Xatırladaq ki, dünyanın ən zəngin şəxsi bu ilin aprel ayında "Twitter"i 44 milyard dollara satın alacağını elan etmişdi. Daha sonra saxta istifadəçi hesablarının qarşısının alınması ilə bağlı mexanizmin təqdim olunmamasını əsas gətirən İ.Mask sövdələşmədən imtina etmişdi.

AzVision.az

Teqlər:







Xəbər lenti