Zabuxdan çıxan 14 ailə Zəngəzura yerləşdirilir

   Zabuxdan çıxan 14 ailə    Zəngəzura yerləşdirilir
  15 Avqust 2022    Oxunub:1123
İşğal dövründə Laçının Zabux kəndinə qanunsuz şəkildə köçürülmüş ermənilərin bir hissəsi Zəngəzura köçürüləcək. AzVision.az xəbər verir ki, bu barədə Zəngəzur qubernatorunun müavini Nare Qazaryan açıqlama verib.
O, qeyd edib ki, artıq14 ailə köçlə bağlı Zəngəzur vilayət administrasiyasına müraciət edib.

Qazaryanın sözlərinə görə, bir həftədir ki, vilayət qubernatorunun tapşırığı ilə bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb. Mənzillərin və hətta vakant iş yerlərinin siyahısı tərtib edilir.

Xatırladaq ki, Azərbaycan ərazidə məskunlaşdırılmış erməni ailələrə avqustun 25-dək vaxt verib. Üç ərazidə- Laçın, Zabux, Susada qanunsuz yerləşdirilmiş ermənilər təxliyyə olunacaqlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti