Depressiyada olanlar üçün vacib vitaminlər

Depressiyada olanlar üçün vacib vitaminlər
  07 Noyabr 2022    Oxunub:794
Depressiyanın bəzi fiziki, orqanik səbəbləri var. Normal orqanizm depressiyaya asanlıqla düşmür.
Nevroloq Eldar Ramazanov depressiya ilə effektiv mübarizə aparmaq üçün bəzi analiz və vitaminlərin vacib olduğunu bildirib.

"Depressiya - sinir sistemində, beyində neyronların yenilənmə imkanının azalması, eləcə də dofamin, serotonin kimi neyromediatorların metobolizminin pozulmasıdır.

İnsan fizioloji sağlam olmalıdır ki, depressiyaya davamlı olsun.

Birincisi qanazlığı, anemiya, dəmir defisitini aradan qaldırmaq.

Bunun üçün qan analizləri verib, hemoqlobini, dəmiri, fol turşusunu artırmaq lazımdır.

Qanda homosistetin və sidik turşusunun miqdarına da nəzarət edin, onlar az olmalıdır.

Daha sonra D vitamini - qanda norması 30-50-dən aşağı olmamalıdır.

Müntəzəm olaraq B qrup vitamini, maqniy, vitamin D içməlisiz.


Rasionda isə zülal- ət, paxla, yumurta çox olamlıdır.

Sinir, əsəb, yorğunluq, güclü stress orqanizmdə tükənmə yaradır, bunları bərpa etmədikdə depressiya güclənir".


Teqlər:





Xəbər lenti