Rəşad Dağlı prokurorluğa gətirildi - FOTO + VİDEO

   Rəşad Dağlı prokurorluğa gətirildi -    FOTO + VİDEO
  10 Noyabr 2022    Oxunub:1068
Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.
AzVision.az Apa-ya istinadən xəbər verir kij, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.


Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.





AzVision.az


Teqlər:





Xəbər lenti