Zelenski: "Krımın taleyini qeyri-hərbi yolla həll etməyə hazırıq"

      Zelenski:    "Krımın taleyini qeyri-hərbi yolla həll etməyə hazırıq"
  25 Noyabr 2022    Oxunub:786
Ukrayna prezidenti Vladimir Zelenski Krımın taleyini qeyri-hərbi yolla həll etməyə hazır olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, o, “Financial Times” qəzetinə müsahibəsində Krımın taleyi ilə bağlı məsələnin beynəlxalq gündəmdə olduğunu etiraf edib.

"Mən başa düşürəm ki, hər kəs hazırkı vəziyyət və Krımın taleyinin necə olacağı ilə bağlı çaşqınlıq içindədir. Əgər kimsə bizə Krımı qeyri-hərbi yolla işğaldan azad etmək yolunu təklif etməyə hazırdırsa, mən yalnız bunun tərəfdarı olacağam", - Zelenski qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti