"Türkiyə ilə bağlı başqa bir gözəl hekayəmiz var" - Peskov

   "Türkiyə ilə bağlı başqa bir gözəl hekayəmiz var" -    Peskov
  27 Noyabr 2022    Oxunub:1145
"Rusiya ilə Türkiyə arasında münasibətlərin səviyyəsi Suriya ilə bağlı mövcud fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə imkan verir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva, Kreml.Putin" proqramına müsahibəsində deyib.

O xatırladıb ki, əvvəllər Soçidəki danışıqlarda bu cür fikir ayrılıqlarını yoluna qoymaq mümkün mümkün olub və sonra müvafiq sənəd imzalanıb.

"Bundan sonra prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatlarını eşitdik . Eyni zamanda nümayəndələrimizin də Türkiyənin öhdəliklərini yerinə yetirməsinin bizi qane etmədiyini söyləyən bəyanatları oldu", - Peskov bildirib.

"Ancaq Türkiyə ilə bağlı başqa bir gözəl hekayəmiz var. Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz imkan verir ki, bütün bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, uzun da olsa, yenə də danışıqlar yolu ilə həll edək. Və bu səviyyədə qarşılıqlı anlaşma və qarşılıqlı hörmət, həqiqətən belə çətin vəziyyətləri müzakirə etmək üçün yaxşı təməldir”, - Peskov əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti