Sağ qalan əsgər İrəvanı ifşa etdi: "Öz gözümə inanıram"

   Sağ qalan əsgər İrəvanı ifşa etdi:   "Öz gözümə inanıram"
  24 Yanvar 2023    Oxunub:1430
Bir neçə gün öncə Ermənistanda kazarmada baş vermiş yanğından sağ çıxan əsgərlərdən biri hadisənin təfərrüatlarını danışıb.
AzVision.az xəbər verir ki, Qaruş adlı erməni ölkə rəhbərləri və məsul şəxslərin Kazarma faciəsi ilə bağlı səsləndirdiyi bəzi iddiaları yalanlayıb. O, "Factor" TV-yə müsahibəsində maraqlı fikirlər səsləndirib: “Mən heç kimin yerində yatıb qaldığını görmədim. Yanğın başlayan kimi ətrafımda insanlar ora bura qaçırdılar. Hətta məni itələyirdilər də. Hər kəs özü çölə çıxmağa yol axtarırdı. Amma deyirlər ki, guya ölən 15 əsgərin hamısı yatdığı yerdəcə alovdan həlak olub. Mən öz gözlərimlə gördüklərimə inanıram. Orada qarışıqlıq yaranmışdı”.

Yanan ermənilər: Almaniyadan gələn, çempion, sərhəd təxribatının iştirakçıları -FOTOLAR
Qaruş hazırda Milli Yanıq İnstitutunda müalicəsini davam etdirir.

Qeyd edək ki, Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində deyib ki, yanğın nəticəsində həlak olan 15 əsgərdən 14-ünin meyiti çarpayıda tapılıb. Yəni onların oyanmağa belə vaxtları olmayıbmış.

Xatırladaq ki, yanvarın 19-u gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında 15 hərbçi ölüb. Xəsarət alan 3 nəfərin vəziyyəti isə ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 yüksək rütbəli zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti