Pakistanda partlayışda ölənlərin sayı 28-ə çatdı - YENİLƏNİB

Pakistanda partlayışda ölənlərin sayı 28-ə çatdı -  YENİLƏNİB
  30 Yanvar 2023    Oxunub:975
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 28-ə çatıb.
AzVision.az GEO TV-yə istinadən xəbər verir ki, partlayışda yaralananların sayının isə 150-yə çatdığı əlavə olunub.

***
Pakistanın Peşavar şəhərində yerləşən məscidlərin birində partlayış törədilib.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, namaz vaxtı baş verən partlayış nəticəsində məscidin bir hissəsi çöküb. Nəticədə 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti