Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Tehran Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
- İbrahim Rəisinin Çinə səfəri İran liderlərinin son 20 ildə bu ölkəyə ilk rəsmi səfəridir. Qərbin sanksiyaları İranı Çinlə iqtisadi əməkdaşlığı genişləndirməyə sövq edir. 2022-ci ildə İrandan Çinə ixracın həcmi 58% artaraq 14 milyard dolları keçib. Çin İran mallarının bir nömrəli idxalçısıdır. İrana mal ixracatında isə Çin ikinci yerdə qərar tutub.
Beləliklə, Tehranın Pekindən asılılığı artıb. Cənub qonşunuz neftini ucuz qiymətə Çinə satır. Çünki İranın başqa bazarlara çıxışı məhduddur. Pekin də bundan istifadə edərək İran neftini dəyər-dəyməzə alır. Çin eyni ilə sanksiya altında olan Rusiyadan ucuz qaz da alır. Çünki İran kimi Rusiya da öz qazını sanksiyalar ucbatından başqa ölkələrə sata bilmir, - ekspert qeyd edib.
İsrail İrana xəbərdarlıq edib |
- Misal üçün, Çin lideri Si Tsinpin ötən aylarda İranın bölgədəki rəqibi Səudiyyə Ərəbistanına səfər etmişdi. Çin lideri yalnız Səudiyyə kralı ilə deyil, bu ölkədə bir neçə ərəb lideri ilə görüşmüşdü. Çin liderinin ərəb ölkələrinə ayrıca səfərdə vaxt itirməməsi üçün Səudiyyə Ərəbistanının paytaxtında Çin-Ərəb sammiti keçirildi. Ərəb ölkələri Pekinlə əməkdaşlığı genişləndirməyə çalışır. Elə qarşı tərəf də bunda maraqlıdır.
Tehran Çin-ərəb dövlətləri əməkdaşlığının hansı həddə qədər inkişaf edəcəyindən narahatdır. Buna görə də Pekinin Tehrana əməkdaşlıqla bağlı verdiyi vədlərə və imzalanan memorandumlara baxmayaraq, Çin-İran münasibətlərində gedişat fərqli ola bilər. Tehranın özündə də Çinlə ittifaqın İran üçün təhlükəli ola biləcəyini söyləyənlər var.
Tural Tağıyev
AzVision.az