Agent erməni hərbçi saxlanılıb - VİDEO |
"Həmin gün A.N. vətənə qaytarılıb. Daha sonra o, hərbi hissələrdən birində əməliyyat xidmətinin rəisi vəzifəsinə təyin edilib. 20,2 min dollardan çox pul alan rəis kəşfiyyata məxfi məlumatlar ötürüb. O, Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə təqsirli bilinərək dövlətə xəyanətdə ittiham olunub. İş məhkəməyə göndərilib", - məlumatda deyilir.
Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) son iki ildə ordu ilə bağlı xeyli dövlətə xəyanət faktları aşkarlayı b. 44 günlük müharibədən sonra Ermənistanda xəyanət ittihamı ilə saxlanılan hərbçilər həm döyüşlər vaxtı, həm də müharibədən sonra xarici xüsusi xidmət orqanlarına işləyirlərmiş.
Tural Tağıyev
AzVision.az