Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb

Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
  08 Mart 2023    Oxunub:956
Yevlax rayonunun Aran qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzVision.az -ın "Report"-a istinadən məlumatına görə, Yevlax rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Novruzov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti