Dövlət başçısı: "Xalqımızın mənəvi hüququ var ki, qisas alsın"

      Dövlət başçısı:    "Xalqımızın mənəvi hüququ var ki, qisas alsın"
  09 Mart 2023    Oxunub:1012
"Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb: “Biz bunu döyüş meydanında etdik. Biz Ermənistandan fərqli olaraq, hər hansı hərbi cinayət, hər hansı soyqırımı törətmədik. Biz bu nailiyyətləri döyüş meydanında əldə etdik. İndi isə artıq sülh qurmaq vaxtıdır”.

“Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır” deyən dövlət başçısı bildirib: “Bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik”.

AzVision.az


Teqlər:



Xəbər lenti