Metroda təlim məşq oyunu keçirilir

Metroda təlim məşq oyunu keçirilir
  09 Mart 2023    Oxunub:1190
"Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir".
Bu barədə AzVision.az -a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Tematik məşq elektrik enerjisinin verilməsinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və "Xocəsən" elektrik deposunda qatarların hərəkəti, eskalatorların, eləcə də digər mühəndis-texniki qurğu və avadanlıqların dizel-generatorlar vasitəsilə fəaliyyətininin yoxlanılmasıdır", - o vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti