"Miqrasiya mürəkkəb fenomendir" - Vüsal Hüseynov
İqlim dəyişikliyi, yoxsulluq, münaqişələr nəticəsində miqrasiya edənlərin sayının artdığını qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bu məsələnin qlobal gündəmi zəbt etdiyini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası da miqrasiyada rəqəmlərin artmasına öz təsirini göstərib.
O, miqrasiya probleminin həlli üçün qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bunun üçün beynəlxalq sənədlərin mövcud olduğunu da diqqətə çatdırıb.
“Azərbaycan miqrasiya məsələlərində başqa ölkələrlə sıx əməkdaşlıq edir. Treninqlər keçirilir. Treninqlərə region ölkələri də dəvət olunacaq. Bu, ölkəmizin potensialını artırmağa imkan verəcək. Miqrasiya bir ehtiyacdır və buna uyğunlaşmaq lazımdır. Bu məsələyə optimist yaxınlaşsaq, faydalarını da görmək mümkündür”, - deyə Vüsal Hüseynov bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


