Suyun qiyməti bahalaşa bilər

    Suyun qiyməti bahalaşa bilər
  10 Mart 2023    Oxunub:1843
Azərbaycanda içməli suyunun tariflərinə yenidən baxılması təklif edilir.
AzVision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, içməli suyun qiyməti maya dəyərindən aşağı satılır:

"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf ölkələrinə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".

E.Məmmədov bildirib ki, qurum tərəfindən tariflərə gələcəkdə baxılması üçün proqram hazırlanır: "Qiymətlərə Tariflər Şurası baxır. Amma biz tariflərə yenidən baxılması proqram işə çıxış etmək istəyirik".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti