AzVision.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində video görüntülər yayılıb. Bildirilir ki, mübariz və inqilabçı gənclər Səbzvar şəhərində bu dəfə Xameneyi ilə yanaşı Xomeyninin də fotosu olan böyük banerə od vurublar.
Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.
Vətəndaşlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər
Xameneyiyə aid baner və fotolarla yanaşı, ayrı-ayrı
dövlət qurumlarına od vururlar.
AzVision.az