İkinci amil Rusiyanın daxili siyasi vəziyyəti ilə bağlıdır. “Vaqner” özəl hərbi şirkətinin 1 milyondan çox əhalisi olan şəhəri ələ keçirməsi və onların Moskvaya qarşı elan etdikləri “Ədalət marşı”nın rublun zəifləməsinə müəyyən təsiri oldu. Baş verənlər sabitliyə inamı sarsıtdı və bu da rublun məzənnəsinə təsir etdi.
Lirə niyə batır yerə? | Pərviz Heydərovun şərhi |
Ekspert onu da qeyd edib ki, Rusiya demək olar, bütün MDB ölkələri və Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır. 2022-ci ildə Rusiya Azərbaycanın ümumi idxalında 18,8% payla əsas mal tədarükçüsü olub. Azərbaycanın ixracatına gəlincə, burada Rusiya 2,6% payla 7-ci yerdədir. Rublun zəifləməsi Rusiyadan idxalın artmasına kömək edəcək. Müvafiq olaraq, MDB ölkələri mənfi ticarət balansının artmasının qarşısını almaq üçün öz valyutalarını eyni şəkildə zəiflətməyə məcbur olacaqlar.
“Amma bu zaman Rusiyanın tədarükləri artırmaq üçün real imkanlarını təhlil etmək lazımdır. Çünki belə imkanlar yoxdursa, o zaman MDB valyutalarının rubldan asılılığı iqtisadi deyil, psixoloji xarakter daşıyacaq. Müvafiq olaraq, yaxın perspektivdə MDB ölkələri rublun məzənnəsinin dəyişməsinə daha az reaksiya verməli olacaqlar”, - ekspert fikirlərini tamamlayıb.
Tariyel Həsənov
AzVision.az