Araik Arutyunyan istefa verdi

   Araik Arutyunyan istefa verdi
  31 Avqust 2023    Oxunub:1364
Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verib.
AzVision.az xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifəsində yazıb.

Arayik ermənilərə səsləndi: "İstefa verməyə hazıram"
Arayik Arutyunyan 2020-ci il may ayının 21-dən Xankəndidə məskunlaşmış separatçılara rəhbərlik edirdi.

Həmçinin qondarma respublikanın “dövlət naziri” Qurgen Nersisyan da istefaya gedib. Onu Sergey Şahramanyan əvəzləyib.

Xatırladaq ki, iki gün öncə separatçıların rəhbəri Xankəndidə yerli ermənilərin qarşısında çıxış edərkən istefa verməyə hazır olduğunu bəyan etmişdi.
Avqustun 28-də isə Arayikə silahlı sui-qəsd cəhdi olmuşdu.

Tural Tağıyev
AzVision.az


Teqlər:   İstefa   Arayik  





Xəbər lenti