"İstefa azdır, Arayik mühakimə olunmalıdır" - Erməni jurnalist

   "İstefa azdır, Arayik mühakimə olunmalıdır"    - Erməni jurnalist
  01 Sentyabr 2023    Oxunub:974
Xəbər verdiyimiz kimi separatçıların rəhbəri Arayik Arutyunyan istefa verdiyini açıqlayıb. Ermənistan cəmiyyəti quldurbaşının belə rahat gedişini normal hal saymır.
Məsələn, tanınmış jurnalist Oskan Sarkisyan yazıb ki, "Arayik Arutyunyanın nəhayət ki, "prezidentlik"dən getməsi düzgün qərar idi. Lakin bu istefa seçimi gecikmiş addımdır. Arayik Ermənistan Respublikasının dövlət büdcəsindən Xankəndiyə ayrılan on milyardlarla dramın boşuna xərclənməsinə, lazımi ehtiyatları toplamadığına görə mühakimə olunmalıdır".

Araik Arutyunyan istefa verdi
O qeyd edib ki, Qarabağ erməniləri ərzaq, yanacaq, dərman, zəruri mallardan əziyyət çəkdiklərinə görə ilk növbədə hərbi cani Arutyunyanı qınamalıdırlar: "Bu məhkəmə Arayiki qəzəbli ermənilərin "xalq mühakiməsindən" xilas edəcək”.

Xatırladaq ki, avqustun 28-də isə Arayikə silahlı sui-qəsd cəhdi olmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İstefa   Arayik  





Xəbər lenti