Nikol çevriliş təşvişindədir, ölkəni rus fiquru idarə edə bilər - "Joğovurd"

 Nikol çevriliş təşvişindədir, ölkəni rus fiquru idarə edə bilər -    "Joğovurd"
  15 Sentyabr 2023    Oxunub:1108
Baş nazir Nikol Paşinyan və komandası təşviş içindədir. Bu fikirlər Ermənistanın məşhur "Joğovurd" saytında dərc olunan məqalədəndir.
Nəşr yazır ki, hazırda Paşinyan hökuməti havadan da təhlükə gözləyir: "Hazırda hakimiyyətdə olanlarla yanaşı, müxalifət, ümumilikdə ictimaiyyət də bundan danışır. Gözlənilən ciddi təhlükələrin konkret olaraq haradan qaynaqlandığı hələlik bəlli olmasa da, bu bir faktdır ki, müxalifət partiyaları ölkədə ciddi proseslərin baş verəcəyini həyəcanla gözləyir, Nikol Paşinyan və komanda yoldaşları isə sadəcə təşvişdədirlər. Cəmiyyətimiz yaxın gələcəkdə olacaq dəyişiklikləri, kimin kimi əvəzləyə biləcəyini müzakirə edir.

İrəvandan sensasiyalı iddia: "Ermənistana 12 min vaqnerçi gəlib, çevriliş olacaq"
Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan bütün silahdaşlarına - nazir, deputat, partiyanın idarə heyətinin üzvlərinə bir nəfər kimi səfərbər olmağı tapşırıb. Hər kəs məktub yazmalı, beynəlxalq tərəfdaşlara müraciətlər ünvanlamalıdır. Mövzu isə Rusiyadır. Yəni Moskvanın Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu beynəlxalq aləmə çatdırmaq tapşırılıb ki, dünya İrəvana köməyə hazır olsun".

Məqalə müəllifi qeyd edir ki, Nikol Paşinyan Ermənistanda onun yerinə rusiyayönlü fiqurun keçəcəyindən ehtiyat edir. O, bu səbəbdən hələ də Qərbin dəstəyini qazanmağa və kürsüsünü bundan sonra daqorumağa çalışır.

"İndi bütün komanda elektoratları səfərbər etmək üçün təbliğat-təşviqat kampaniyası ilə aktiv şəkildə məşğuldur. Bununla paralel olaraq, dünyanın müxtəlif paytaxtlarına məktub və zənglərlə də məşğuldurlar. Onlar hər kəsə bəyan edirlər ki, Nikol Paşinyanın gedişi Rusiya Federasiyasının Ermənistanda daha da güclənəcəyi anlamına gəlir”, - Joğovurd yazıb.

Xatırladaq ki, sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə qalmaqallı müsahibə vermişdi. O, Rusiyanın regiondakı rolu ilə bağlı bir sıra tənqidi bəyanatlar səsləndirdi. Bundan sonra iki ölkə arasında soyuq münasibətlər yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   İrəvan  





Xəbər lenti