"KTM-ə gətirilən 6 körpənin vəziyyəti ağırdır" - YENİLƏNİB

 "KTM-ə gətirilən 6 körpənin vəziyyəti ağırdır" -  YENİLƏNİB
  09 Yanvar 2024    Oxunub:2055
Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsindən sonra Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloq Aysel Qədimova deyib.

Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən ağır olan 6 nəfərin 3-ü süni tənəffüs aparatına qoşulub.

***
Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsindən sonra Sabunçu Tibb Mərkəzinin doğum şöbəsinə 3 hamilə qadın gətirilib.

Mərkəzdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hamilə qadınlar nəzarət altındadırlar:
"Eyni zamanda Xəstəxananın nəzdindəki 2 nömrəli Doğum Evinə 6 körpə gətirilib. Onlardan 3-ü qız, 3-ü oğlandır . Körpələr nəzarət altındadır, vəziyyətləri qənaetbəxşdir".

***
Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsindən sonra Klinik Tibbi Mərkəzə 26 körpə yerləşdirilib.


“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Prezidentin köməkçisi
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O qeyd edib ki, körpələrin hər birinin vəziyyəti stabildir.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzdə baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Baş prokuror Kamran Əliyev bildirib ki, yanğın gecə saat 03:05 radələrində başlayıb, növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib.

İlkin ehtimallara görə, yanğın elektrik mənşəlidir.

Həmçinin oxu:
Perinatal Mərkəzdə yanğın, bir nəfər zəhərlənib - TƏBİB rəhbərliyi hadisə yerində
Perinatal Mərkəzdə yanğının təfərrüatları məlum olub - FOTOLAR+VİDEO
"Mərkəzdə müalicə alan 90 xəstədən 50-si təxliyə olunub" - Vüqar Qurbanov
Perinatal Mərkəzdəki yanğında 4 körpə ölüb
Baş prokuror: "Ölən uşaqlar yanıq xəsarətləri alıblar"
“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Prezidentin köməkçisi
Perinatal Mərkəzindəki yanğının təfərrüatları məlum oldu

Aytən Zəhra
AzVision.az


Teqlər:   RespublikaPerinatalMərkəz   Yanğın  





Xəbər lenti