Məşhur erməni general həbs edildi

   Məşhur erməni general həbs edildi
  15 Yanvar 2024    Oxunub:1342
Ermənistan ordusunun daha bir yüksək rütbəli keçmiş məmuru həbsə atılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini işləmiş general-leytenant Tiran Xaçatryan iki ay müddətinə həbs edilib.

Rüşvətə görə tutulan erməni qərargah rəsinin keçmiş müavini azadlığa buraxılır
Saytlar Tiranın vəkili Varazdat Arutyunyana istinad ediblər. Vəkil həbslə bağlı qərarın İrəvan məhkəməsində çıxarıldığını söyləyib.

Xatırladaq ki, bundan öncə Xaçatryan silahdan istifadə etdiyi üçün ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılmışdı. O, bir neçə gün öncə gecə saatlarında restoranlardan birində baş verən kütləvi davanın iştirakçısı olub. General, hadisədən sonra hotellərdən birində gizlənib.

10-a yaxın şəxs arasında baş verən mübahisə zamanı Baş Qərargah rəisinin sabiq müavini ona təhkim edilmiş silahla atəş açıb. Nəticədə Qarabağ ermənisi Hrayr Mnatsakanyan güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hərbi-siyasi durum gərginləşib. Məğlub baş nazir Nikol Paşinyan hərbi rəhbərliklə bağlı sərt tədbirlər gördü, xeyli sayda general ya vəzifəsindən azad edildi, ya da müxtəlif səbəblərlə həbsə atıldı. Həmin generallar üç il öncə Nikol Paşinyanın istefasını tələb edərək ona qarşı birləşmişdilər. Onların arasında Tiran Xaçatryan da var idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   General   Həbs  





Xəbər lenti