Qubada maşın ağaca çırpılıb, 2 nəfər ölüb - Foto

   Qubada maşın ağaca çırpılıb, 2 nəfər ölüb -    Foto
  11 Fevral 2024    Oxunub:1099
Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti