Şuşanı arzulayırdı, XTQ -nin mühasirəsinə düşüb məhv edildi

   Şuşanı arzulayırdı,   XTQ -nin mühasirəsinə düşüb məhv edildi
  04 Mart 2024    Oxunub:3449
Ermənistanın "İravaban" saytı İkinci Qarabağ müharibəsində məhv edilmiş daha bir erməni zabit haqqında məqalə dərc edib.
Artur Saakyan adlı döyüşçü Ermənistanda polis işləyib və Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçirdiyi əməliyyat zamanı mühasirəyə salınaraq öldürülüb.

Erməni mediası Şuşa əməliyyatından yazdı: "Komandir əsgərlərini atıb qaçıb"
Saakyanın Yelena adlı həyat yoldaşı ərinin Azərbaycanın əzəli və tarixi torpaqlarına necə göz dikməsindən ağız dolusu danışıb.

O qeyd edib ki, ərinin son döyüş yeri Şuşa olub: "Müharibədən əvvəl Tavuşda 2 ilə yaxın səngərdə hərbi xidmət aparıb. Noyabrın 5-də mühasirəyə düşdü. Onların qrupunda olan hərbçilərin bir qismi yaralanıb. Qrupda ərimlə çox yaxın münasibəti olan iki dostu da yaralanıb. O, həmin şəxslərin xaç atası idi. Onlar bir yerdə həlak olublar. Sonuncu dəfə zəng vuranda bizimlə vidalaşdı. Heç bir zəngi belə olmamışdı. Səsində narahatlıq var idi. Deyirdi ki, mühasirədəyəm.Dəqiq bilmirəm ki, buradan çıxacam ya yox”.

Şuşanı işğalda saxlamağı arzulayan Saakyan Xüsusi Təyinatlı Qüvvələrimizin qəhrəman hərbçiləri tərəfindən məhv edilib. Çünki noyabrın 5-də Şuşa istiqamətində yalnız XTQ mənsubları irəliləmişdilər.


Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Şuşa   Hərbçi  





Xəbər lenti