ABŞ Zelenskini Kiyevdən təxliyə edə bilər - "Asia Times"

   ABŞ Zelenskini Kiyevdən təxliyə edə bilər    - "Asia Times"
  05 Mart 2024    Oxunub:901
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdən təxliyə oluna bilər.
Bu fikirlər Asia Times-da dərc olunan məqalədəndir. Nəşr Pentaqonun keçmiş əməkdaşı Stiven Brayana istinad edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin təmas xəttində düşdüyü ağır durum Zelenskinin paytaxtdan çıxarılmasına gətirib çıxara bilər.

Britaniyalı admiral Kiyevə döyüş planlarında gizli yardım edib - “The Times”
"Heç kim deyə bilməz ki, Zelenski hökuməti Kiyevdə nə qədər dirəniş göstərə biləcək. Rus qoşunlarının fasiləsiz irəliləməsi ilə daxili iğtişaşlar artır, seçkilər məsələsi isə təxirə salınıb", - Brayan qeyd edib.

Ekspert vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyinin Zelenskini xilas etmək və başqa məkana aparmaqla bağlı ehtiyat planları var. Ən çox ehtimal olunan nöqtə Lvovdur.

O xatırladıb ki, Rusiya Silahlı Qüvvələri son zamanlar yeni əraziləri nəzarətə götürərək hücumun sürətini artırıb. Pentaqonun keçmiş əməkdaşı Ukrayna ordusunda müdafiə tədbirləri üçün əsgər çatışmazlığına da diqqət çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Zelenski   ABŞ  





Xəbər lenti