Britaniyalı admiral Kiyevə döyüş planlarında gizli yardım edib - “The Times”

   Britaniyalı admiral Kiyevə döyüş planlarında gizli yardım edib    - “The Times”
  29 Fevral 2024    Oxunub:782
Britaniya Silahlı Qüvvələrinin Qərargah rəisi, admiral Toni Radakinin Kiyevə gizli yardımı aşkarlanıb. O, Ukraynaya Rusiyanın Qara Dəniz Donanmasına hücum strategiyasının hazırlanmasında fəal şəkildə kömək edib, həmçinin NATO-nun digər yüksək rütbəli liderlərinin Kiyevə dəstəyinin əlaqələndirilməsində böyük rol oynayıb.
Bu fikirlər Britaniyanın “The Times” saytında dərc olunan məqalədəndir.

Ukraynada təşəbbüs Rusiya ordusunun əlinə keçib - "Newsweek"
Xüsusilə, Radakin 2023-cü ilin yayında Vaşinqton və Kiyev arasında əlaqələri inkişaf etdirib: "Ağ Ev ABŞ-nin Ukrayna münaqişəsində yaxından iştirak etdiyindən narahat olduğu bir vaxtda o, Kiyev və Vaşinqtonun hərbi liderləri ilə şəxsən görüşüb, onlar arasında təmasların qurulmasına kömək edib. Admiral Ukraynaya dəstək üçün daha geniş iqtisadi və diplomatik səylər göstərməyə çalışıb".

Məhz bu xidmətlərə görə, Radakin Böyük Britaniyanın baş naziri Rişi Sunakın tələbi ilə 2025-ci ilin payızına qədər vəzifəsində qalacaq. Halbuki o, qaydalara görə, bu ilin noyabrında üç illik vəzifəsini tərk etməli idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Admiral  





Xəbər lenti