Ukraynada təşəbbüs Rusiya ordusunun əlinə keçib - "Newsweek"

      Ukraynada təşəbbüs Rusiya ordusunun əlinə keçib    - "Newsweek"
  29 Fevral 2024    Oxunub:668
Qərb ölkələrindən Ukraynaya hərbi yardımlar gəlməsə, münaqişədə təşəbbüs tam şəkildə Rusiyanın əlinə keçəcək.
AzVision.az xəbər verir ki, bu fikirlər Newsweek-də dərc olunan məqalədəndir.

Conson: "Putin Ukrayna münaqişəsində uduzmayacaq"
Nəşr yazır ki, Moskva Avdeyevka üzərində nəzarəti ələ keçirdikdən sonra Rusiya qüvvələri hücum sürətini səngidiblər. Onlar döyüş meydanında uğur qazanmağa davam edirlər.

Amerikanın Müharibə Araşdırmları İnstitutunun məlumatına görə, Rusiya Silahlı Qüvvələri sözügedən şəhərə nəzarəti ələ keçirməsi nəticəsində açılmış eyni taktiki imkanlardan istifadə edir və Avdeyevka ətraflarına kifayət qədər uğurla irəliləməyə çalışır.

Məqalədə qeyd edilib ki, Rusiya qoşunlarına Ukrayna ordusu üzərində cəbhə boyu say və silahla bağlı nəzərəçarpacaq üstünlük əldə etməsinə Kiyevin müdafiə xəttini gücləndirməkdə xeyli geridə qalması da kömək edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti