Conson: "Putin Ukrayna münaqişəsində uduzmayacaq"

   Conson:    "Putin Ukrayna münaqişəsində uduzmayacaq"
  28 Fevral 2024    Oxunub:792
Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində məğlubiyyətlə barışmayacaq.
Bu fikri ABŞ-ın respublikaçı senatoru Ron Conson "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mask: "Putin heç vaxt məğlub olmayacaq"
"Biz reallığın üzünə baxmalıyıq. Putin bu münaqişədə uduzmayacaq. Rusiyanın hərbi maşını ancaq böyüyür", - senator yazıb.

Bundan öncə məşhur amerikalı milyarder, "X" sosial şəbəkəsinin sahibi İlon Mask da oxşar fikirlər səsləndirmişdi. O, ABŞ-nin respublikaçı senatorlarına bəyan edib ki, Vladimir Putin heç bir halda Ukrayna münaqişəsində uduzmayacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva ilk günlərdə qoşunları Kiyevə qədər yeridə bilsə də, sonrakı aylarda vəziyyət dəyişdi. Ruslar Qərbin Ukraynaya artan hərbi dəstəkləri fonunda geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər. Son bir ayda isə vəziyyət yenidən Rusiyanın xeyrinə dəyişib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Senator  





Xəbər lenti