Mask: "Putin heç vaxt məğlub olmayacaq"

      Mask:    "Putin heç vaxt məğlub olmayacaq"
  13 Fevral 2024    Oxunub:1052
"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişədə heç vaxt məğlub olmayacaq"
AzVision.az xəbər verir ki, bunu "Tesla", "SpaceX"in yaradıcısı, milyarder İlon Mask respublikaçı senatorlarla görüşündə deyib.

"Bloomberg" agentliyinin məlumatına görə, Mask Qərb ölkələrinin Putinin “devrilməsinə” nail olmaq istəyini tənqid edib.

Qeyd edək ki, Mask daha əvvəl Krımın və Donbassın Rusiya tərkibində qalacağına əmin olduğunu bildirmişdi. O hesab edir ki, Qərbin Ukraynaya maliyyə yardımı cəbhədəki vəziyyətə təsir etməyəcək. Maskın fikrincə, Kiyev rejiminin maliyyələşdirilməsi münaqişəni yalnız uzadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti