Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığına istinadən The War Zone nəşri məlumat yayıb. Belə ki, açıq havada yerüstü sınaqlar zamanı mürəkkəb işləri yerinə yetirdikdən sonra “Airborne High Energy Laser” sisteminin prototipi texniki problemlərlə üzləşib. Nəticədə, o, artıq “AC-130J”də sınaqdan keçirilməyəcək.
ABŞ ordusu əvvəlcə 2021-ci ildə “AC-130J” təyyarəsində “AHEL” sistemini sınaqdan keçirməyi planlaşdırırdı. Lakin o vaxtdan bəri tarixlər bir neçə dəfə təxirə salınıb.
AzVision.az