Türkiyədə seçkilərdə səslərin yarısından çoxu hesablanıb - YENİLƏNİB

 Türkiyədə seçkilərdə səslərin yarısından çoxu hesablanıb -  YENİLƏNİB
  31 Mart 2024    Oxunub:1922
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin yarısından çoxu hesablanıb.
AzVision.az xəbər verir ki, ölkə üzrə sandıqların 55,47 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,66 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,71 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,60 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,34 faizlə birinci yerdədir.
***
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanıb.

AzVision.az xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.

AzVision.az


Teqlər:





Xəbər lenti