İran hücuma hazırlaşır? - ÇAXAL müdafiəni gücləndirdi

   İran hücuma hazırlaşır?    - ÇAXAL müdafiəni gücləndirdi
  04 Aprel 2024    Oxunub:905
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İrandan gələn hücum təhlükələri fonunda hava hücumundan müdafiəni gücləndirəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Yediot Ahronot" məlumat yayıb.

"İsrail İranla müharibəyə hazırdır" - Səfir
Qeyd edilir ki, hazırda yaranmış gərgin durumu dəyərləndirən ÇAXAL şəxsi heyəti genişləndirmək və hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ehtiyat qüvvələrdən hərbi personal cəlb etmək qərarına gəlib.

Xatırladaq ki, Suriyanın "SANA" agentliyi aprelin 1-də İsrailin Dəməşqdəki evlərdən birinə hava zərbəsi endirməsi barədə məlumat yaymışdı. İran saytları isə dərhal hücumun İran konsulluğunun binasına edildiyini bəyan etdilər. İran prezidenti Təl-Əvivə cavabın ağır olacağı ilə bağlı xəbərdarlıq etdi.
AzVision.az



Teqlər:   İsrail   İran  





Xəbər lenti