Paşinyan Balasanyanı niyə təqib edir?

   Paşinyan Balasanyanı niyə təqib edir?
  04 Aprel 2024    Oxunub:912
Hərbi cani Vitali Balasanyan Ermənistanda ciddi problemlərlə üzləşib. AzVision.az xəbər verir ki, bu barədə yerli "24News" saytı məlumat yayıb.
Qeyd edilir ki, hüquq-mühafizə orqanları Balasanyanı uzun müddətdir ki, rahat buraxmırlar.

Vitali Balasanyana qarşı cinayət işi açıldı
"Erməni sakinlərin Qarabağdan könüllü çıxmasından sonra hərbi cani Vitali Balasanyan da Ermənistana gələ bildi. O, bəzi qohumları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dəvət edildi. Hüquq-mühafizə sistemindəki mənbələrdən əldə etdiyimiz məlumata görə, onlar Balasanyan və onun yaxın ətrafının Həkəri körpüsünü necə keçməsini öyrənməyə çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ən çox onların siyasi proseslərə müdaxilə edib-etməyəcəyi ilə maraqlanıblar".

İddia olunur ki, Balasanyan xeyli sorğu-sualdan sonra baş nazir Nikol Paşinyanla dolayı yollarla əlaqə yarada bilib. O, İrəvanda hakimiyyətin dəyişdirilməsi məsələlərində iştirak və ya siyasi proseslərə müdaxilə etmək fikrində olmadığını bildirib: "Balasanyan Paşinyana çatdırıb ki, o, ermənilər hansısa status və zəmanətlə Qarabağa qayıdana qədər Ermənistanda gözləyəcək və onu rahat buraxmalıdırlar. Bu dolayı əlaqədən sonra Balasanyan və onun qohumları daha aidiyyəti orqana dəvət olunmayıblar. Məhz bu səbəbdən Vitali Ermənistana gəldikdən sonra heç bir ictimai çıxışlar etmir və ya açıqlamalar vermir".
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti