QMİ sədri Şeyxülislam A. Paşazadə vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Respublikasının Prezidentinin başsağlıqlarını çatdıracaq.
Mərhumun qəbri ziyarət edilərək ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil ediləcək. Qaraçay-Çərkəz Respublikasına səfər çərçivəsində Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası keçiriləcək.
AzVision.az