BMT: Avqustda 184 ukraynalı mülki şəxs öldürülüb

      BMT:    Avqustda 184 ukraynalı mülki şəxs öldürülüb
  09 Sentyabr 2024    Oxunub:695
"Rusiya-Ukrayna müharibəsi nəticəsində avqust ayında 8-i uşaq olmaqla 184 ukraynalı mülki şəxs həlak olub, 856 nəfər isə yaralanıb".
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin son hesabatında məlumat verilib.

"80 mindən çox əsgərimiz döyüş meydanını icazəsiz tərk edib" - Ukraynalı general
Bildirilib ki, itkilərin böyük əksəriyyəti Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə baş verib. Qurbanların demək olar ki, hamısı raketlər, bombalar və artilleriya zərbələrindən ölüb.

Ümumilikdə, BMT-nin hesablamalarına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı gündən, 2022-ci il fevralın 24-dən indiyədək hərbi əməliyyatlar nəticəsində 11 743 ukraynalı mülki şəxs həlak olub, 24 614 ukraynalı mülki şəxs isə yaralanıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   müharibə   BMT  





Xəbər lenti