Amerikalı yəhudilərin böyük əksəriyyəti Harrisi dəstəkləyir

   Amerikalı yəhudilərin böyük əksəriyyəti    Harrisi dəstəkləyir
  10 Sentyabr 2024    Oxunub:1063
ABŞ-nin Demokratik Yəhudi Şurasının keçirdiyi sorğuya əsasən, amerikalı yəhudilərin böyük əksəriyyəti vitse-prezident Kamala Harrisə səs vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, İsrailin “Kanal 7” veb-saytının yaydığı məlumata görə, Demokratlar Partiyası adından işləyən Şuranın açıqladığı sorğular yəhudi seçicilərin 87%-nin prezident Co Bayden administrasiyasının Qəzzada atəşkəsə nail olmaq və girovları azad etmək səylərini dəstəklədiyini göstərir.

Amerika yəhudilərinin 68%-i sorğuda Kamala Harrisi və yalnız 25%-i Donald Trampı dəstəkləmək niyyətində olduqlarını bildiriblər.

Tramp: “Kamala Harris seçilsə İsrail olmayacaq"
Qeyd edək ki, bir neçə gün əvvəl Respublikaçılar partiyasının Yəhudi koalisiyası qarşısında çıxış edən Donald Tramp Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi halda İsrailin daha mövcud olmayacağını bildirib.

Bununla belə, Demokratik Yəhudi Şurasının keçirdiyi sorğunun nəticələrinə görə, ötən il oktyabrın 7-dən sonra ABŞ-da antisemitizm əhval-ruhiyyəsinin artmasına baxmayaraq, amerikalı yəhudilərin kimə üstünlük verməsi ilə bağlı seçimlərində ciddi dəyişiklik baş verməyib. Bundan əlavə, Demokratlar Partiyasının mövqelərinin güclənməsi müşahidə olunur.

“Kanal 7” qeyd edir ki, 1960-cı illərin ortalarından etibarən Amerika yəhudilərinin əksəriyyəti demokrat namizədi dəstəkləyib. 2020-ci ildəki son seçkidə Bayden onların 77, Tramp isə cəmi 21%-nin dəstəyini alıb.

Amerikalı yəhudilərin ənənəvi olaraq İsrail yönümlü mövqe tutan Respublikaçıların namizədlə müqayisədə demokratlara üstünlük verdikləri barədə iddialar və sorğuların nəticələri sözün əsl mənasında böyük şübhə doğurur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Harris   yəhudilər  





Xəbər lenti