DTA tərəfindən ekoturizmin inkişafı məqsədilə növbəti infotur təşkil edilib - FOTOLAR

         DTA tərəfindən ekoturizmin inkişafı məqsədilə növbəti infotur təşkil edilib       -    FOTOLAR
  01 Noyabr 2024    Oxunub:245
Oktyabrın 31-də Azərbaycanın təbiət ərazilərini tanıtmaq və nümayiş etdirmək, ekoturizm fəaliyyətlərini təşviq etmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən Bakı və Abşeron ərazilərinə, eləcə də Xızı rayonuna infotur təşkil edilib.
AzVision.az xəbər verir ki, müxtəlif turoperator və turagentliklərin nümayəndələri, videobloger və müstəqil bələdçilərin iştirakı ilə təşkil edilən infotur çərçivəsində Abşeron və Altıağac Milli Parkları, habelə təbiət və ekoturizm potensialı olan digər ərazilər ziyarət olunub.

Onlar ekoturizmlə bağlı olan fəaliyyətlər, tarixi və mədəni turizm məhsulları ilə yaxından tanış olublar.
Qeyd edək ki, bundan öncə təşkil edilən infoturlar iki marşrut üzrə olmaqla, Oğuz, Şəki, Qax, həmçinin Kəlbəcər, Xankəndi, Şuşa və Xocavənd rayonlarını əhatə edib.

İnfoturlar “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilir.

Əsas məqsəd bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin təmin edilməsi, bölgələrdə turizm sənayesinin fəaliyyət miqyasını genişləndirmək, turizm vasitəsilə "yaşıl artım" konsepsiyasını dəstəkləmək, həmçinin bunun nəticəsində regionlarda məşğulluq səviyyəsini artırmaqdır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti