"İsanın əsl simasını bizim çar çəkdirib" - Erməni jurnalist

   "İsanın əsl simasını bizim çar çəkdirib"    - Erməni jurnalist
  06 Yanvar 2025    Oxunub:774
Ermənistan mediası, elm adamları, ziyalılar, hətta sadə ermənilər belə özlərini dünyanın "ən qədim" xalqı adlandırmaqda davam edirlər.
Bununla belə ermənilərin guya Cənubi Qafqazın "ən qədim" əhalisi olması barədə saxta və uydurma "konsepsiya”larına dəfələrlə sarsıdıcı zərbələr vurulub.

Qafqaz regionunu araşdıran tarixçilər hayların yalanlarını, saxta məlumatlar yaymasını ifşa edirlər.

Məktəblərdə "qəhrəman"ların guşələri ləğv edilir" - Erməni jurnalist
Maraqlıdır ki, erməni vəhşilikləri ilə yanaşı plagiatçılığı, yalan tarixi "dəlilləri" də sərhəd tanımır. Məsələn, Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Nairi Xoxikyan diqqət çəkən məlumat yayıb.

"Mamul" nəşri yazıb ki, o, hazırda İtaliyanın Milan şəhərində saxlanılan tarixi bir rəsmin ermənilərə məxsus olduğunu iddia edib.

Xoxikyan yazıb: “Bu parça üzərində İsa Məsihin 2000 il əvvələ aid əsl siması təsvir edilib. Onu erməni çarı Abqarın əmri ilə rəssam Anan çəkib. Rəsm hazırda İtaliyanın Milan şəhərindədir. Milad bayramınız mübarək".

Ermənilərin mif yaradıcılığı ilə bağlı təkcə bir məqamı qeyd edək ki, Roma tarixçisi Publi Korneli Abqarı “ərəblərin çarı” və ərəb adlandırıb. O, bununla da aydın şəkildə göstərib ki, Edessa və Ermənistan müxtəlif dövlətlər olublar.

Bundan başqa, 30 illik işğal dövründə erməni vandallarının Azərbaycan qədim tarixi abidələrinə, dini-mənəvi məbədgahlarına qarşı vəhşilikləri də yaddan çıxmamalıdır. Məsələn, ermənilər azərbaycanlıların qədim xristian keçmişini bu günə daşıyan xristian-alban abidələri üzərində də mədəni ekspansiya aparıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İsa  





Xəbər lenti