Prezident AQEM-in Baş katibini qəbul edib
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd etdi. Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulandı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu dedi. Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı bu təşkilatın Asiya regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırdı.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq, bu münasibətlə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, lazımı tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini vurğuladı, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə önəmli qərarların qəbuluna toxundu.
AzVision.az
Teqlər: