Solomon adalarında güclü zəlzələ baş verib |
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,7 bal qiymətləndirib. Məlumata görə, zəlzələnin episentri 48,1 km dərinlikdə, ocağı isə Nendo adasının sahillərindən təxminən 17 km cənub-şərqdə, Mərcan dənizinin sularında yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.
Həmidə İbrahimova
AzVision.az