Ombudsman TÜRKOMB-un növbəti iclasında iştirak edib

Ombudsman TÜRKOMB-un növbəti iclasında iştirak edib
  16 Yanvar 2025    Oxunub:361
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) növbəti iclasında iştirak edib.
Türkiyənin, Özbəkistanın, Qazaxıstanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərlərinin və nümayəndələrinin də iştirak etdiyi onlayn formatda keçirilmiş tədbirdə Müvəkkil çıxış zamanı Assosiasiyanın insan hüquqları sahəsində təcrübə mübadiləsi aparmaq üçün effektiv platformaya çevrildiyini qeyd edib.

Ombudsman türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişaf etdirildiyini, bu çərçivədə ombudsman təsisatlarının da sıx əlaqələrinin davam etdirilməsinin, insan hüquqları sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb.

Səbinə Əliyeva ötən müddət ərzində TÜRKOMB çərçivəsində Azərbaycanın Ombudsman təsisatı tərəfindən müxtəlif aktual mövzular üzrə tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb, bu kimi tədbirlərin Assosiasiyaya üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə olduqca mühüm töhfə verdiyini bildirib və bu təşəbbüslərin davam etdirilməsini təklif edib.

Tədbirdə, həmçinin TÜRKOMB-a üzv dövlətlərin ombudsman və milli insan hüquqları təsisatları tərəfindən ötən müddət ərzində həyata keçirilmiş fəaliyyət barədə çıxışlar dinlənilib, cari ilin fəaliyyət planı üzrə müzakirələr aparılıb, təkliflər səsləndirilib.



AzVision.az



Teqlər:





Xəbər lenti